Məlumatlarınız necə istifadə olunur
1. Biznes məlumatlarınız sizdədir
Mal, satış, müştəri, maliyyə və işçi məlumatlarınız sizin kompüterinizdə/serverinizdə, öz SQL Server bazanızda saxlanılır. UNIERP bu məlumatları lisenziya serverinə və ya üçüncü tərəflərə göndərmir.
2. Lisenziya yoxlaması
Lisenziya açarı daxil edilibsə, proqram lisenziyanı yoxlamaq və yeniləmələri təqdim etmək üçün serverimizə aşağıdakıları göndərir: lisenziya açarı, kompüterin hash-lənmiş kimliyi, kompüter adı və proqram versiyası.
3. Sınaq rejimi (açar daxil edilməyibsə)
14 günlük sınaq zamanı proqram gündə bir dəfə sizinlə əlaqə saxlamağımız üçün qısa məlumat göndərir: mağaza adı, ünvan, telefon, VÖEN (proqramda özünüzün yazdığınız rekvizitlər), kompüter adı, əməliyyat sistemi, IP ünvanı, proqram versiyası, modul, filial/kassa/istifadəçi/mal/müştəri sayları, satışların sayı və ilk/son satış tarixi. Satış məbləğləri, mal və müştəri siyahıları, parollar və ödəniş məlumatları göndərilmir. Sınağın proqramı silib yenidən quraşdırmaqla təkrar başlamaması üçün kompüterin hash-lənmiş kimlikləri (Windows kimliyi, fiziki diskin və şəbəkə kartının seriya nömrəsi — xam nömrələr göndərilmir) və sınağın başlama tarixi də göndərilir; sınağın başlama tarixi proqramın silinməsi zamanı qalan kiçik imzalı qeyd kimi kompüterdə (ProgramData, LocalAppData və istifadəçi reyestrində) saxlanılır. Lisenziya açarı daxil edəndən sonra bu siqnal dayanır.
4. Bu sayt
Əlaqə formasında yazdığınız ad, telefon, e-poçt və mesaj yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Sayt reklam izləyiciləri və xarici skriptlər yükləmir. Yükləmə sayğacı üçün faylın adı və IP ünvanı jurnalda saxlanılır.
5. Silinmə tələbi
Sizə aid sınaq və ya əlaqə məlumatlarının silinməsini əlaqə səhifəsindəki ünvanlardan yazılı istəyə bilərsiniz.
Bu səhifə məlumat xarakterlidir və istifadə şərtlərini (lisenziya müqaviləsi) əvəz etmir. Son yenilənmə: 10.10.2026.